18 
Fev
2019
11:58
95
56
3724
Virtual karabakh

Azərbaycanda iş adamının evindən oğurluq edən xadimə həbs edildi

18 Fev, 2019
11:58
3724

Azərbaycanda iş adamının evindən oğurluq edən xadimə həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Gülər Piriyevanın cinayət işi üzrə məhkəmə başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra zərərçəkmiş şəxsin vəkili vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini istəyib. 

Vəsatət təmin edilib və G.Piriyeva məhkəmənin iclas zalında həbs olunub. 

Məhkəmə baxışı fevralın 22-nə təyin edilib. 

İttihama görə, G.Piriyeva Vüsalə Bəşirovanın evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq edib. 

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, zərərçəkmiş V.Bəşirova “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşıdır. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri