18 
Fev
2019
12:27
20
139
3689
Virtual karabakh

“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü

18 Fev, 2019
12:27
3689

“Aztelekom”un sabiq baş direktorunun məhkumluğu götürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun barəsindəki şərti məhkumetmənin götürülməsi ilə bağlı şikayətə baxılıb. 

Oxu.Az xəbər verir ki, məhkəmə M.Məmmədovun iddiasını təmin edib və onun məhkumluğu götürülüb. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay müddətinə azadlıqdan məhrum olunub. 

Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi V. Zeynalovun cəzasını dörd ilə endirib. 

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri