18 
Fev
2019
14:35
32
422
5358
Virtual karabakh

Azərbaycan qadınlarını Türkiyədə satan şəxs azadlıqda

18 Fev, 2019
14:35
5358

Azərbaycan qadınlarını Türkiyədə satan şəxs azadlıqda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, G.Hüseynova barəsində iki illik sınaq müddəti təyin edilməklə, şərti cəza təyin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Günel Hüseynova ötən il həbs edilib.

Günel Hüseynovanın insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib.

Zərərçəkmişlərin şikayətləri araşdırılandan sonra Günel Hüseynovanın cinayət əməli törətməsi sübuta yetirilib.

Onun bir neçə qadını Türkiyəyə aparması və orada cinsi istismara məruz qoyması məlum olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri