20 
Fev
2019
11:40
9
299
3301
yuxarı
Bakıda nənə və nəvə dəm qazından boğuldu
20 Fev, 2019
11:40
3301
9
299
Bakıda nənə və nəvə dəm qazından boğuldu
Bakıda evdən iki nəfərin meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Mənzillərin birində 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlunun meyiti aşkarlanıb.
Həmin şəxslərin dəm qazından boğulduqları məlum olub.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb.
Bildirilir ki, ölən şəxslər nənə və nəvədir.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək