27 
Fev
2019
12:55
89
16
2161
Virtual karabakh

Qubada oğurluq edən üç yeniyetmə saxlanıldı - FOTO

27 Fev, 2019
12:55
2161

Qubada oğurluq edən üç yeniyetmə saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubanın Xınalıq kəndi ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.

Bununla bağlı DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Dindirilmə zamanı həmin yeniyetmələr törətdikləri oğurluq əməllərini etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, onlar zərərçəkənlərin evdə olmadığı vaxtlarda qanunsuz olaraq evlərə daxil olaraq, ümumilikdə iki evdən iki ədəd “Samsung” markalı mobil telefon, iki ədəd qol saatı, bir ədəd durbin, bir ədəd “İj” markalı ov tüfəngi, bir ədəd patrondaş və 12 ədəd patron, bir ədəd süngü-bıçaq, həmçinin, məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.

Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri