28 
Fev
2019
18:31
237
27
3588
Virtual karabakh

Goranboyda narkotacir yaxalanıb - VİDEO

28 Fev, 2019
18:31
3588

Goranboyda narkotacir yaxalanıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonu sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb. 

İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri