Mar
2019
14:00
10
210
2955
Virtual karabakh

Bakı sakinini döyüb, üç min manatını aldılar - MƏHKƏMƏ

1 Mar, 2019
14:00
2955

Bakı sakinini döyüb, üç min manatını aldılar - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Allahverdiyev 10 il, M.Əliyevlə C.İsmayılov isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən ilin aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini Taleh Həşimov həmin gün saat 1:00 radələrində qəsəbə ərazisində dörd naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.

Araşdırmalarla onların Bakı şəhər sakinləri H.Allahverdiyev, M.Əliyev və əvvəllər məhkum olunmuş C.İsmayılov olduqları müəyyən edilib.

Məlum olub ki, dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib.

Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri