Mar
2019
09:39
12
257
4923
Virtual karabakh

Bakıda 20 yaşlı gəncin qanını tökdülər - VİDEO

2 Mar, 2019
09:39
4923

Bakıda 20 yaşlı gəncin qanını tökdülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub. 

Oxu.Az-ın xəbərinə görə, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Z. Rüstəmov təcili 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. 

Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Vəziyyəti orta ağırdır.

Hadisənin hansı səbəblərdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon polis bölməsində araşdırma aparılır.

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri