Mar
2019
11:43
220
25
3507
Virtual karabakh

Bakıya qatarla narkotik gətirən şəxs tutulub

2 Mar, 2019
11:43
3507

Bakıya qatarla narkotik gətirən şəxs tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı dəmiryol vağzalının ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan tiryək və 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. 

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri