Mar
2019
11:59
203
20
3670
Virtual karabakh

Bakıda silahlı şəxs saxlanıldı - FOTO

2 Mar, 2019
11:59
3670

Bakıda silahlı şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarə onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd  "Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus iki ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. A.Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri