Mar
2019
15:50
28
427
5102
Virtual karabakh

Lerikdə evə basqın: yaşlı ər və arvad döyüldü - FOTO

2 Mar, 2019
15:50
5102

Lerikdə evə basqın: yaşlı ər və arvad döyüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerikdə evə girən maskalı şəxs ər və arvada xəsarət yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə Lerik rayonunun ucqar Sors kəndində baş verib.

Zərərçəkən 73 yaşlı Natiqə Heybət qızı Əliyevanın sözlərinə görə, gecə saat 03:00 radələrində yatağında olarkən evə kiminsə girdiyini hiss edib. 

Ayağa durmaq istəyərkən üzündə maska olan şəxs ona hücum edərək, əli ilə ağzını tutub və ondan sakit dayanmasını tələb edib. Lakin o, səs-küy saldığından naməlum şəxs N.Əliyevanın sifət nahiyəsinə ağır xəsarət yetirib və o huşunu itirib.

Bundan sonra evə soxulan şəxs və ya şəxslər yan otaqda xəstə halında yatağında uzanan 84 yaşlı Fayaz Fərzulla oğlu Əliyevin baş nahişəsinə küt alətlə zərbələr endiriblər. Qeyd edək ki, F.Əliyev üç gün öncə göz əməliyyatı keçirib və bir ayağından əlildir. 

Ailə üzvlərinin sözlərinə görə, xəsarət alanlar yaşlı insanlardır, heç kəslə konfliktləri yoxdur. Övladları ailəli olduqları üçün evdə ər və arvaddan başqa kimsə olmayıb. 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri