Mar
2019
18:09
161
29
6059
Virtual karabakh

Bakıda törədilən qətlin üstü açıldı

4 Mar, 2019
18:09
6059

Bakıda törədilən qətlin üstü açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 3-də saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyitinin tapılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri