Mar
2019
13:48
139
30
2494
Virtual karabakh

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürüldü - VİDEO

7 Mar, 2019
13:48
2494

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürüldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Təhməzov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olub.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Təhməzovun yaşadığı evdən əlavə olaraq çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri