Mar
2019
14:38
380
25
3939
Virtual karabakh

Bakıda həbs edilən PKK üzvü Türkiyəyə ekstradisiya ediləcək

7 Mar, 2019
14:38
3939

Bakıda həbs edilən PKK üzvü Türkiyəyə ekstradisiya ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqdimat təmin edilib. 

D.Özgürün ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar elan olunub.

Məlumata görə, Duman Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilib. Axtarışda olan Duman Özgür Türkiyədən Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Bundan sonra Türkiyə Duman Özgürü beynəlxalq axtarışa verib. 

Azərbaycana gələn Duman Özgür Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və o həbs edilib. 

Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri