Apr
2019
16:45
176
39
5742
Virtual karabakh

Bakıda telefon oğurluğu kameraya düşdü - VİDEO

8 Apr, 2019
16:45
5742

Bakıda telefon oğurluğu kameraya düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Metronun “Qara Qarayev” stansiyası yaxınlığında oğurluq hadisəsi qeydə alınıb.

Oxu.Az-a daxil olan məlumata görə, hadisə dünən səhər saatlarında baş verib.

“Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən telefon mağazasına girən şəxs mağazadakı mobil telefonları oğurlayıb.

Mağazanı kirayələyən İsmayıl Məmmədov saytımıza açıqlamasında onlara 2500-3000 manat dəyərində maddi ziyan dəydiyini bildirib:

“Dünən səhər saatlarında telefon mağazasından oğurluq olub. Demək olar ki, bütün telefonlar oğurlanıb. Əlimizdə olan kamera görüntüləri ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Əraziyə baxış keçirilib, dəlillər götürülüb. Lakin hələ heç bir nəticə yoxdur.

Özümüzün hesablamalarımıza görə, 2500-3000 manat dəyərində ziyan dəyib. Həmin şəxsin daha sonra Binəqədidə yerləşən mağazalardan birindən də oğurluq etdiyinə dair görüntülər var”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri