12 
Apr
2019
14:59
19
288
14671
Virtual karabakh

Bakıda dörd kişinin meyiti tapıldı - İkisi qardaşdır

12 Apr, 2019
14:59
14671

Bakıda dörd kişinin meyiti tapıldı - İkisi qardaşdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən günlər ərzində Bakıda dörd nəfərin meyiti tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumata görə, 07:20 radələrində Nəsimi rayonu 3-cü Alatava, ev 250 ünvanında yerləşən evin qarşısında Məmməd Əmin Rəsulzadə qəsəbə sakini, əvvəllər qarət və qanunsuz narkotik vasitə saxlamağa görə məhkumluğu olan 47 yaşlı Dadaşov Pərviz Nuru oğlunun meyiti tapılıb. 

Tapılmış meyitin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Ölüm səbəbi araşdırılır.

İki qardaş - 44 yaşlı Yuri və 40 yaşlı Aleksandr Məhərrəmovun meyiti isə aprelin 11-də, 20:30 radələrində Xətai rayonunun Babək prospektində yerləşən 90 saylı yaşayış binasının mənzillərindən birində tapılıb.

Qardaşların artıq dozada narkotik vasitə qəbulundan baş verən zəhərlənmədən öldüyü ehtimal edilir. Hazırda məhkəmə-tibbi ekspertləri qardaşların ölüm səbəbini araşdırır.

Binəqədi rayonunda isə cümə axşamı 51 yaşlı Zeynalov Natiq Zeynal oğlunun meyiti aşkarlanıb, onun üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Onun səfil həyat tərzi sürdüyü, daimi yaşayış ünvanının olmadığı öyrənilib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri