17 
Apr
2019
15:43
43
323
11385
Virtual karabakh

Bakıda qadın evində vəhşicəsinə öldürüldü

17 Apr, 2019
15:43
11385

Bakıda qadın evində vəhşicəsinə öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 17-də Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində qadın xüsusi amansızlıqa qətlə yetirilib.

Bu barədə Oxu.Az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

İlkin məlumata görə, cinayətin qurbanı 33 yaşlı Şağan sakini Kütahi Məlikova yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs evə daxil olaraq, onun sinə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib, daha sonra boğazını kəsib.

Cinayətin qarət məqsədilə törədildiyi müəyyən edilib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları yoxa çıxıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxslərin axtarışı ilə məşğuldur.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri