29 
Apr
2019
13:18
24
210
9862
Virtual karabakh

Bakıda bağban qətl törətdi - Polisə zəng edib “narahat olmayın” dedi

29 Apr, 2019
13:18
9862

Bakıda bağban qətl törətdi - Polisə zəng edib “narahat olmayın” dedi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə Bakının Xəzər rayonunda xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi qeydə alınıb.

Oxu.Az-a bu haqda Xəzər rayon prokurorluğundan məlumat verilib.

Aprelin 29-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçin meyiti aşkarlanıb. Meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaralar olub.

Qurbanı telefon zəngindən sonra aşkarlamaq mümkün olub.

46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğlu polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.

Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Qatil qurbanının bədənində salamat yer qoymayıb.

İlkin məlumata görə, Musayev başqa ərazidə yaşayır. Aprelin 28-də İlyasovun yanına qonaq qismində gəlib. Münaqişənin qısqanclıq zəminində meydana gəldiyi ehtimal edilir. Ancaq qatil hələ saxlanılmadığından, bu variant tam təsdiqini tapmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri