May
2019
05:18
21
198
4546
Virtual karabakh

Yasamalda bir gecədə iki nəfəri bıçaqladılar - VİDEO

8 May, 2019
05:18
4546

Yasamalda bir gecədə iki nəfəri bıçaqladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Hadisə rayonun Talıblı küçəsində baş verib. 1979-cu il təvəllüdlü Gülməmmədov İlqar Teyyub oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. İlqar Gülməmmədov təcili olaraq əməliyyat edilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İkinci hadisə rayonun Zərgər Palanı 87 ünvanında baş verib. 1995-ci il təvəllüdlü Nəzərov Əbülqasım İlyas oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı təcili olaraq əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri