13 
May
2019
13:00
16
259
5434
Virtual karabakh

Keçmiş məhkum Bakıda qızın boğazına bıçaq dirəyib qaçırdı

13 May, 2019
13:00
5434

Keçmiş məhkum Bakıda qızın boğazına bıçaq dirəyib qaçırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonunda keçmiş məhbus qız oğurlayıb.  

Bu barədə Oxu.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 11-də Binəqədi rayonunda qeydə alınıb.

22 yaşlı A.Təhməzova 7-ci polis bölməsinə müraciət edərək, rəfiqəsi Muradova İlkanə Ədalət qızının evin qarşısında gözləri önündə oğurlandığını bildirib.

Şikayətçinin dediyinə görə, Ayaz adlı şəxs İ.Muradovanın boğazına bıçaq dirəyərək, onu naməlum istiqamətdə aparıb.

Araşdırma nəticəsində əməliyyatçılar adam oğrusunun kimliyini müəyyənləşdirib. Onun 37 yaşlı Siyəzən rayon sakini Sultanlı Ayaz Hafiq oğlu olduğu bildirilir.

Şübhəlinin buna qədər sağlamlığa yüngül dərəcəli xəsarət yetirmə və əmlaka qəsdən ziyan vurma ilə bağlı məhkumluğu olub.

Hazırda polis əməkdaşları cinayətkarın və zərərçəkənin olduğu yeri müəyyən etməyə çalışır.

Cinayətin motivləri hələlik məlum deyil.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri