15 
May
2019
03:36
15
244
3756
Virtual karabakh

Avtobus 57 yaşlı qadının qolunu sındırıb - VİDEO

15 May, 2019
03:36
3756

Avtobus 57 yaşlı qadının qolunu sındırıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Axşam saatlarında Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Sərnişin avtobusu piyada 1962-ci il təvəllüdlü Məmmədova Aləmzər Tofiq qızını vurub. 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ qolun sınığı diaqnozu qoyulub. 

Vəziyyəti kafi qiymətləndirilir. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon polis idarəsinin əməkdaşları qəzanı törədən sürücübü saxlayıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri