23 
May
2019
04:53
18
228
3824
Virtual karabakh

Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

23 May, 2019
04:53
3824

Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonu bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Moskva Univermağının yaxınlığında 2 nəfər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

A.Həmidli əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri