24 
May
2019
20:30
29
261
11373
Virtual karabakh

Kişi qadını kafedə bıçaqlayaraq öldürdü - FOTO/VİDEO

24 May, 2019
20:30
11373

Kişi qadını kafedə bıçaqlayaraq öldürdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. Kişi qadının başına, bədəninə çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.

Öldürülən qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu bildirilir.  O həmyerlisi  Evoğlu kənd sakini  1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu  tərəfindən bıçaqlanıb. 

Təzəgül Vəliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Ağdam Rayon prokurorluğunda  araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri