İyn
2019
18:00
33
263
8210
Virtual karabakh

Bakıda qadın güllələnərək qətlə yetirildi

1 İyn, 2019
18:00
8210

Bakıda qadın güllələnərək qətlə yetirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda - Hövsan qəsəbəsində qadın güllələnib.

Oxu.Az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi İlqar Əhliman küçəsi 10 ünvanında qeydə alınıb. 

Binanın arxa tərəfində Novruzova Təranə adlı qadın güllələnib. 

Hadisə yerinə təcili tibbi yardım çağrılıb. İlkin məlumata görə, təcili yardım çağıran 30 yaşlı şəxs özünü qadının oğlu kimi təqdim edib. 

Həkimlər hadisə yerinə gələndə qadın artıq ölmüş olub.

Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib. 

Faktla bağlı cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri