10 
İyn
2019
20:18
233
149
45473
Virtual karabakh

Beyləqanda dəhşətli namus cinayəti

10 İyn, 2019
20:18
45473

Beyləqanda dəhşətli namus cinayəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqanda qətl törədilib.

APA-nın  verdiyi xəbərə görə, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri