19 
İyn
2019
05:53
25
252
13453
Virtual karabakh

Toyda kütləvi dava: qan töküldü - YENİLƏNİB

19 İyn, 2019
05:53
13453

Toyda kütləvi dava: qan töküldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fatmayıda toyda iki nəfəri bıçaqlayan şəxs tutulub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 32 yaşlı Elxan Heydərov saxlanılıb.

01:36

Abşeronda toyda kütləvi dava olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Fatmayı kəndində keçirilən toy məclisində qeydə alınıb.

Həyətdə qurulan toy məclisində qonaqlar arasında kütləvi dava olub. Davada 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu və 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralılar dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Onlar təcili olaraq cərrahi əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri