21 
İyn
2019
09:22
36
378
11067
Virtual karabakh

Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB

21 İyn, 2019
09:22
11067

Keçmiş qaynını ürəyindən bıçaqlayıb qaçdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Müşfiq Ərəsov keçmiş qaynı, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu İsmayılovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

O, daha sonra İbrahimin bacısına, yəni keçmiş həyat yoldaşı olan 1991-cil təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.

M.Ərəsov Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

20 iyun, 23:35

Bakının Suraxanı rayonunda bıçaqlanma olub.

Oxu.Az-ın məlumatına görə, 35-40 yaşlarında olan Müşfiq Ərəsov keçmiş qaynına və həyat yoldaşına - 1991-cil təvəllüdlü Zülfiyyə Etibar qızı Ərəsovaya bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Z.Ərəsova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq təcili əməliyyata alınıb.

Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri