24 
İyn
2019
00:13
33
305
11472
yuxarı
18 yaşlı gənclə dava etdi, maşınla üstündən keçdi
Samux rayonunda dava edən kişi “Niva” markalı avtomobili ilə qohumunun üstündən keçib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənində çoxlu sayda əzik və qırıqların olduğu bildirilib. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur.
Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.
Nazir Quliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək