26 
İyn
2019
01:11
34
707
13853
Virtual karabakh

KAMAZ-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanıldı - YENİLƏNİB + FOTO

26 İyn, 2019
01:11
13853

KAMAZ-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanıldı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhərində azyaşlını avtomobillə vuran sürücü saxlanılıb.

APA-nın məlumatına görə, Müşfiq İsgəndərov idarə etdiyi “KAMAZ” markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurduqdan sonra ərazidən yayınmışdı.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib.

Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün sözlərinə görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

25 iyun 20:18

Xırdalanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu gün saat 19 radələrində baş verən hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Küçə ilə hərəkət edən “KAMAZ” markalı yük avtomobili qəfil yola çıxan 6 yaşlı uşağı vurub, daha sonra üstündən keçib. Uşaq hadisə yerində ölüb.

Sürücü hadisə yerindən qaçıb. Hazırda sürücünün axtarışları aparılır.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri