27 
İyn
2019
11:23
310
357
23814
Virtual karabakh

Bakıda qardaş bacısını öldürdü: gecə klubunda işə düzəldiyinə görə - YENİLƏNİB

27 İyn, 2019
11:23
23814

Bakıda qardaş bacısını öldürdü: gecə klubunda işə düzəldiyinə görə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 26-da Bakının mərkəzində törədilmiş qətlin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a Səbail rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Qeyd edək ki, cinayət Xaqani bağında, Səbail rayon 39-cu Polis Şöbəsinin ərazisində törədilib. Qətlə yetirilən 1998-ci il təvəllüdlü Pərvanə Turabovadır.

Qatil isə qızın doğma qardaşı Qalib Turabovdur. O, bu gün saxlanılıb və istintaqa təhvil verilib.

Qətl bıçaqla törədilib. Saxlanılan ilkin dindirilmə zamanı bildirib ki, bacısı evdən qaçdığına görə cinayətə əl atıb.

Q.Turabovun sözlərinə görə, bacısı evdən qaçıb və gecə klubunda işə düzəlib. Lakin məlum olduğu kimi, işə başlamağa macal tapmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

06:19

Bakıda qətl hadisəsi olub.

Report” xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb. 

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri