29 
İyn
2019
17:57
23
341
4533
Virtual karabakh

Qubada evdə partlayış: bir ailə xəstəxanalıq oldu - YENİLƏNİB

29 İyn, 2019
17:57
4533

Qubada evdə partlayış: bir ailə xəstəxanalıq oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunda qaz partlayışı olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli iki otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

Yanğın zamanı dörd nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

16:13

Quba rayonunda yaşayış evində partlayış olub.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün rayonun Amsar kəndində baş verib.

Kənd sakini, 33 yaşlı İsa Nuriyevə məxsus evdə qaz balonunun partlaması nəticəsində ailə başçısı, onun həyat yoldaşı - 29 yaşlı İlahə Nuriyeva və övladları - dörd yaşlı Ömər və Zeynəb müxtəlif yanıq xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri