30 
İyl
2019
13:43
199
71
4311
Virtual karabakh

Bakıda maskalı şəxslər lombarda basqın etdilər

30 İyl, 2019
13:43
4311

Bakıda maskalı şəxslər lombarda basqın etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.

Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.

Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.

Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri