Avq
2019
13:25
46
178
9797
Virtual karabakh

Şüvəlanda qız dayısını bıçaqladı

7 Avq, 2019
13:25
9797

Şüvəlanda qız dayısını bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şüvəlan qəsəbəsində qız dayısına bıçaqla hücum edib.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız bıçaq ilə dayısına xəsarət yetirib.

Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir.

Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri