19 
Avq
2019
17:28
11
159
5429
Virtual karabakh

Psixoloqun Nabranda keçirdiyi son yay - Qatil başını "kubik"lə əzib

19 Avq, 2019
17:28
5429

Psixoloqun Nabranda keçirdiyi son yay - Qatil başını "kubik"lə əzib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunda törədilən amansız qətlin təfərrüatları məlum olub. Hadisənin qurbanı 55 yaşlı psixoloq Tərlan İbrahimov olub.

Rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata əsasən, cinayət avqustun 16-da axşam saatlarında törədilib.

T.İbrahimovun tanınmaz hala salınan cəsədi qətldən iki saat sonra küçədə, kiçik mağazanın qarşısında tapılıb. Avqustun 17-nə keçən gecə xəfiyyələr şübhəli şəxsin izinə düşərək həbs ediblər.

Qatil rəsmi işi olmayan yerli sakin Mürsəlov Taleh Əbdülrəşid oğludur. Bu qədər tez tapılacağını gözləməyən cinayətkar öz evində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Psixoloq kimi fəaliyyət göstərən T.İbrahimov Bakıda yaşayıb. O, hər il Nabranda istirahət etmək üçün ev icarəyə götürüb. Yerli sakinlər onu gülərüz və nəzakətli şəxs kimi tanıyıb.

İlkin məlumata əsasən, həmin axşam T.İbrahimov içkili olan Taleh Mürsəlova yaxınlaşıb və yaşca böyük kimi, ona özünü alkoqolla məhv etməməyi tövsiyə edib. Lakin psixoloq bilməzdi ki, bu xoş məsləhət T.Mürsəlovun qəzəbinə səbəb olacaq. Dialoq baş tutmayıb. T.Mürsəlov əvvəlcə psixoloqun baş nahiyəsinə yumruqla vurub, daha sonra yaxınlıqda mişar daşı taparaq qurbanının başına bir neçə ağır zərbə endirib.

Sonra qatil qanlı daşı cəsədin yanına ataraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri