23 
Avq
2019
18:20
181
86
7225
Virtual karabakh

Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi

23 Avq, 2019
18:20
7225

Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahiroviç barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Vəkil Əli Hüseynovun Oxu.Az-a verdiyi xəbərə görə, məhkəmə təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Yeni hökmə əsasən, təqsirləndirilən şəxsə bəraət verilib.

Qeyd edək ki, A.Tahiroviçə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə beş il məntəqə tipli cəza verilmişdi.

Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahiroviçin  idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə X.Bağırzadə dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri