29 
Avq
2019
11:17
24
132
2758
Virtual karabakh

Çöllükdə çətənə kolları əkdilər

29 Avq, 2019
11:17
2758

Çöllükdə çətənə kolları əkdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada yaş çəkisi 57 kiloqram olan 121 ədəd narkotik xassəli çətənə bitkisi və üç kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Lahıc kəndi ərazisində yerləşən çöl sahədə xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu, Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıb.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri