29 
Avq
2019
14:26
118
22
2751
Virtual karabakh

Bakıda bir ayın kriminal hadisələri: qətl törədilməyib

29 Avq, 2019
14:26
2751

Bakıda bir ayın kriminal hadisələri: qətl törədilməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustda Bakıda qəsdən adam öldürmə ilə bağlı hələ heç bir fakt qeydə alınmayıb. Müqayisə üçün qeyd edək ki, iyulda Bakıda bir qətl törədilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bu müsbət tendensiyanı tətil mövsümünün başlaması ilə əlaqələndiriblər.

Oxu.Az-ın müxbiri hüquq-mühafizə orqanlarından paytaxtda kriminal vəziyyəti əks etdirən statistik məlumatları əldə edib.

Göstərilən dövr ərzində adam öldürməyə cəhdlə bağlı yalnız bir hadisə qeydə alınıb. Həmin cinayətin üstü açılıb. Hesabat dövründə sağlamlığa ağır zərər vurma üzrə 22 hadisə qeydə alınıb, onlardan 21-nin üstü açılıb.

Göründüyü kimi, Daxili İşlər Nazirliyinin Bakı qarnizonunda ağır cinayətlərin üstünün açılması göstəricisi yenə də yüksəkdir.

Qeyd edək ki, avqustun əvvəlindən bəri 14 quldur basqını (onlardan 13-nün üstü açılıb), 11 qarət (doqquzunun üstü açılıb), təhdid və şantaj yolu ilə pul tələb etmə ilə bağlı iki hadisə (birinin üstü açılıb) və bir insan oğurluğu (Binəqədi rayonunda azyaşlı qardaş və bacının qadın tərəfindən oğurlanması - üstü açılıb) baş verib.

Say baxımından xırda mülkiyyət cinayətləri (o cümlədən, şəxsi əmlakın oğurlanması) və xuliqanlıq qeydə alınmış faktlar siyahısında lider mövqeləri tuturlar.

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 82 cinayət qeydə alınıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri