Sen
2019
12:57
192
48
7510
Virtual karabakh

Bakıda fahişə saxlanıldı - "Müştəri"lərinin ciblərini "təmizləyirmiş"

5 Sen, 2019
12:57
7510

Bakıda fahişə saxlanıldı - "Müştəri"lərinin ciblərini "təmizləyirmiş"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda "müştəri"lərin ciblərini "təmizləyən" fahişə saxlanılıb.

Bu barədə Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, əxlaqsızlıqla məşğul olan və şəxsi əmlakın oğurlanmasında ittiham olunan 32 yaşlı R.Zeynalova 2019-cu ilin may ayından axtarışda olub.  

Polisə müraciət edən dörd şikayətçi R.Zeynalovanın görüşdən sonra onların pullarını oğurlayıb aradan çıxdığını bildirib.

Qadın daha öncə də oxşar cinayətə görə saxlanılıb, lakin sonradan azadlığa buraxılıb. Lakin hadisənin dəfələrlə təkrarlandığı üçün bu dəfə ona güzəşt olunmayacağı bildirilir.

Qeyd edək ki, 500 manat civarında edilən oğurluq xırda sayılır və buna görə həbs cəzası nəzərdə tutulmur. Belə hallarda inzibati sanksiyalar tətbiq edilir.

Cəmi beş il öncə 100 manat civarında edilən oğurluqlar xırda hesab olunurdu, lakin penitensiar  müəssisələr dolu olduğundan cəza siyasətinin humanistləşdirilməsi çərçivəsində respublikanın cinayət məcəlləsinə müəyyən dəyişikliklər edilib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri