Sen
2019
16:54
53
154
12514
Virtual karabakh

Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə "Audi Q7"yə minib...

6 Sen, 2019
16:54
12514

Bakıda məhbus yoxa çıxdı - Sonuncu dəfə "Audi Q7"yə minib...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşından düşüb və yoxa çıxıb.

Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də xuliqanlıqda ittiham olunaraq həbs edilib.

Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

Hazırda polis əməkdaşları axtarışları davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri