23 
Sen
2019
14:04
354
67
21290
Virtual karabakh

Bakıda dörd dəfə həbs olunmuş yalançı general tutuldu - FOTO/VİDEO

23 Sen, 2019
14:04
21290

Bakıda dörd dəfə həbs olunmuş yalançı general tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib. Sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib.

Oxu.Az xəbər verir ki, bu məlumat Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Bakı ofisinin direktoru İsmayıl Ağayev tərəfindən təsdiqlənib.

Ötən həftəsonu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) və 178.2.4-cü (külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunub.

Özünü Asiya Bürosunun rəhbəri kimi təqdim edən F.Ələkbərov sifariş əsasında tikdirdiyi general formasını geyinərək qurbanlarını axtarıb. O, insanlara pul qarşılığında diplomatik pasport almağı vəd edib, üzərində müxtəlif rütbələr və jetonlar olan geyimlərin satışına dair danışıqlar aparıb:

“Hazırda general üç nəfərə zərər vurub. F.Ələkbərov sənədlərin saxtalaşdırılması ilə də məşğul olub. Hazırda istintaq bu məlumatı yoxlayır və fırıldaqçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün lazımi tədbirləri görür”.

Qeyd edək ki, F.Ələkbərov dörd dəfə mənimsəmə və dələduzluğa görə mühakimə olunub.

Ramella İbrahimxəlilova 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri