24 
Sen
2019
09:04
37
209
10209
Virtual karabakh

Bakıda qayınata dörd uşaq anası olan gəlinini baltalayıb öldürdü

24 Sen, 2019
09:04
10209

Bakıda qayınata dörd uşaq anası olan gəlinini baltalayıb öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl hadisəsi törədilib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, Füzuli rayon sakini, 1962-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ailəli olan C.Məhərrəmovanın dörd uşağı var.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri