26 
Sen
2019
10:16
24
138
4861
Virtual karabakh

Sumqayıtda keçmiş fərarini öldürdülər

26 Sen, 2019
10:16
4861

Sumqayıtda keçmiş fərarini öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayının 25-də, axşam saatlarında qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, o, əvvəllər fərariliyə görə məhkum olunmuş Hacı Zeynalabdin Tağıyev kənd sakini, 1990-cı il təvəllüdlü Eldarov Şahrir Azad oğludur.

Sumqayıt Şəhər Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, kişi aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Şəhər prokurorluğu qətl faktı ilə bağlı cinayət işi açıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri