Okt
2019
20:31
100
58
6546
Virtual karabakh

Almaniyada kafeyə silahlı hücum edən şəxs müşahidə kameralarına düşüb - VİDEO

Almaniyanın Hall şəhərində yerləşən kafedə müştərilərə silahlı hücum olub. Hücum anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həlak olub. Silahlı hücumu həyata keçirən kişi isə artıq həbs edilib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəni törədən şəxs əvvəlcə kafeyə əl qumbarası atsa da, o, qapıya dəyərək istiqamətini dəyişib və küçədə partlayıb. Daha sonra o, əlindəki odlu silahla müştərilərə atəş açıb. Hadisə yerində bir qadın həlak olub, bir neçə nəfər yaralanıb.

Kadrlarda kişinin necə atəş açması açıq əks olunub. Videoya əsasən onun, ən azı üç atəş açdığını demək olar.

Artıq iki nəfərin öldüyü dəqiqdir.

Polis hücum edənin tək olmadığını ehtimal edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri