10 
Okt
2019
10:33
24
211
4436
Virtual karabakh

Türkiyədə dəhşətli qətl - Azərbaycanlı 86 manata görə öldürüldü

Keçən il iyul ayında Türkiyədə öldürüldən azərbaycanlının qatilinin həbs cəzası azaldılıb.

Həmin şəxsin cəzası qarşı tərəfin təhrik etməsi səbəbi ilə endirilib.

Yerli mətbuatda bildirilib ki, keçən il ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə işləmək üçün gələn Süleyman Nufarov adaşı Süleyman Kəbizin yanında işə başlayıb. Bir müddət sonra işdən çıxan Nufarov işlədiyi müddətin pulunu (300 TL - 86 manat) almaq üçün müdirinin yanına gedib. Bu zaman onlar arasında mübahisə yaranıb. Və Kəbiz stolun üzərindəki bıçağı götürərək onu ağır yaralayıb.

Nufarov xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun bir övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri