12 
Okt
2019
18:45
164
27
6019
Virtual karabakh

İrandan gətirilmiş külli miqdarda narkotik ələ keçirildi - FOTO/VİDEO

12 Okt, 2019
18:45
6019

İrandan gətirilmiş külli miqdarda narkotik ələ keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında DGK Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində birgə əməliyyat tədbirləri keçirib. 

Əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5 kiloqram 26 qram olan narkotik vasitə - həşiş aşkar edilib. 

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri