17 
Okt
2019
20:27
37
416
11703
Virtual karabakh

Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğub - YENİLƏNİB + TƏFƏRRÜAT

17 Okt, 2019
20:27
11703

Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğub - YENİLƏNİB + TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Bolnisi rayonunun Talaveri kəndində törədilən qətlin bəzi detalları məlum olub.

“Report” xəbər verir ki, əri tərəfindən ötən gecə qətlə yetirilən azərbaycanlı qadının 25 yaşı olub.

O, Bakıdan ötən gün qayıdıb.

Qonşular bildiriblər ki, cütlük son üç ayı Bakıda yaşayıb və aralarında tez-tez mübahisələr olub.

Qətli törədəndən sonra kişi polis bölməsinə gedərək cinayət əməli barədə məlumat verib.

Onun həyat yoldaşını kəmərlə boğduğu bildirilir.

Kişi psixi pozğunluqdan əziyyət çəkib.

Qətlə yetirilən qadının meyiti Bakıya göndərilib.

15:12

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Talaveri (Faxralı) kəndində qətl törədilib.

Report xəbər verir ki, kişi həyat yoldaşını qətlə yetirib.

Qətlə qısqanclığın səbəb olduğu bildirilir.

Faktla bağlı istintaq başlayıb.

Qətlə yetirilən qadın üç azyaşlı uşaq anası olub.

Qətli törədən şəxs saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri