Noy
2019
13:54
16
165
2687
Virtual karabakh

Sumqayıt sakini bir gecədə bir avtomobil oğurladı, üçünü qarət etdi

2 Noy, 2019
13:54
2687

Sumqayıt sakini bir gecədə bir avtomobil oğurladı, üçünü qarət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobil qaçıran şəxsin daha üç maşından oğurluq etdiyi məlum olub. 

Oxu.Az xəbər verir ki, oktyabrın 31-də gecə saatlarında 1988-ci il təvəllüdlü Orxan İsmayılova məxsus “Mercedes” markalı avtomobil Moskva prospketi 46 ünvanından oğurlanıb.

Həmin maşın əməliyyatçılar tərəfindən səhər saat 9 radələrində Əli Mustafayev küçəsində tapılıb. 

İstintaq zamanı məlum olub ki, maşını Sumqayıt şəhər sakini - 1997-ci il təvəllüdlü Elçin Vahid oğlu Qədirov qaçırıb. Həmin şəxs saxlanılıb, E.Qədirov ifadəsi zamanı daha bir neçə avtomobildən oğurluq etdiyini etiraf edib. 

Belə ki, E.Qədirov bir gecədə paytaxtın Vəzirov küçəsində maşınların pəncərəsini sındıraraq “Range Rover”in video-qeydiyyatçısını, həmin küçədə “KİA”dan 700 manat, “Ford”dan isə 90 manat oğrulayıb. 

Faktlarla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri