Noy
2019
06:58
152
30
8430
Virtual karabakh

Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü - FOTO/VİDEO

7 Noy, 2019
06:58
8430

Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.

Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.

Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri görüblər. Hazırda Nəsimi Polisi oğurluğu törədən şəxsləri axtarır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri