14 
Noy
2019
00:14
100
70
4937
Virtual karabakh

Almaniyada qanunsuz miqrasiya əleyhinə əməliyyat: İki azərbaycanlı yaxalandı, dəstənin digər üzvləri axtarılır

14 Noy, 2019
00:14
4937

Almaniyada qanunsuz miqrasiya əleyhinə əməliyyat: İki azərbaycanlı yaxalandı, dəstənin digər üzvləri axtarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın altı əyalətində yerli polis miqrantların qeyri-qanuni qaçaqçılığı ilə bağlı geniş miqyaslı əməliyyatlar keçirib. 

Oxu.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib. Əməliyyatlarda 500-dən çox əməkdaş iştirak edib. 

Kriminal polisin Şimali Vestfaliya, Hessen, Düsseldorf, Köln, Frankfurt və Visbaden şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı saxlanılıb. Polis azərbaycanlılardan ibarət dəstənin digər üzvlərini də axtarır. 

Adları açıqlanmayan, 49 və 58 yaşlarında olan azərbaycanlıların evindən çox sayda saxta sənəd, pasport və digər materiallar götürülüb. Onlar 3 – 10 min avro arası ödəmə qarşılığında ən az 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir. 

Araşdırmalar davam edir. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri