15 
Noy
2019
01:04
10
181
3195
yuxarı
Bakıda ata və oğul bıçaqlanıb
Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon ərazisində 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və onun oğlu, 26 yaşlı Qaybalıyev David Salman oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zəmnində bıçaqlanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. S.Qaybalıyevə sol budun kəsilmiş-deşilmiş yarası, D.Qaybalıyevə isə qarının kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək